Məşhur hakim koronavirusdan öldü

Məşhur hakim koronavirusdan öldü

ABŞ-dan olan sabiq boks hakimi Eddi Kotton koronavirusdan ölüb.
 
Sport7.az xəbər verir ki, Beynəlxalq Boks Federasiyası 2 həftə əvvəl infeksiya əlamətləri ilə xəstəxanaya yerləşdirilən 72 yaşlı hakimin vəfat etdiyini açıqlayıb. 
 
2014-cü ildə karyerasını bitirmiş Kotton, 2002-də Lenniks Luislə Mayk Tayson arasında keçirilən ağır çəki üzrə dünya boks çempionatının titul görüşündə hakimlik etmişdi. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR