Məşhur tennisçi nüfuzlu yarışdan imtina etdi

Məşhur tennisçi nüfuzlu yarışdan imtina etdi

Qadın tennisçilər arasında dünyanın bir nömrəsi Eşli Barti bu mövsüm "US Open”də iştirak etməyəcək.

Sport7.az xəbər verir ki, bu barədə açıqlama verən avstraliyalı idmançı "Böyük dəbilqə” seriyalı yarışa qatılmayacağının əsas səbəbi kimi koronavirusu göstərib. 

O, pandemiya ilə bağlı hələ də ciddi risklər olduğunu, özümü və komandanı mövcud vəziyyətlə qarşı-qarşıya qoya bilməyəcəyini deyib.

"US Open” turniri avqustun 31-də başlayacaq və sentyabrın 13-dək davam edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR