Messi 2 qol vurduğu rəqib qapıçını şoka saldı!

Messi 2 qol vurduğu rəqib qapıçını şoka saldı!

"Barselona"nın kapitanı Lionel Messi La Liqanın 1-ci turundan təxirə salınmış "Elçe" ilə matçdan sonra etdiyi hərəkətlə diqqət çəkib.
 
Sport7.az xəbər verir ki, Argentinalı hücumçu görüş başa çatdıqdan sonra rəqib komandanın qapıçısı Edqar Badiaya yaxınlaşıb və ondan forma dəyişməsini istəyib. Təbii ki, bu qapıçı üçün gözlənilməz olub və dərhal formasını çıxarıb superulduzla dəyişib.
 
Qarşılaşma "Barselona"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan ikisini Messi rəqib qapısından keçirib.
 



 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR