Messi:

Messi: "Barselona" üçün La Liqa Çempionlar Liqasından daha vacib turnirdi"

"Barselona"nın hücumçusu Lionel Messi komandanın prioritet hədəfləri barədə danışıb:

"Çempionlar Liqası bizim üçün xüsusi turnirdi və hər il qalib olmaq istəyirik. Amma La Liqa daha vacibdi, çünki çempionat bizə Çempionlar Liqası və İspaniya Kubokunda rəqabətə dözümlü komanda olmaq üçün imkan yaradır. Çempionatda bərbad çıxış edərək Avropada uğur qazanmaq çətin məsələdi.

Düzdü, əksər hallarda Çempionlar Liqasını qazanmaq barədə danışırıq. Amma biz La Liqanı və İspaniya Kubokunu da unutmuruq. Çünki "Barselona" iştirak etdiyi bütün turnirlərdə qalib olmağa çalışır".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR