Messi bir ay yaşıl meydanlardan uzaq qala bilər

Messi bir ay yaşıl meydanlardan uzaq qala bilər

"Barselona"nın kapitanı Lionel Messinin zədəsi ciddidi.
 
Messi bir ay yaşıl meydanlardan uzaq qala bilər. Bu barədə "El Chiringuito" məlumat yayıb.

Leonun sol bud sümüyün adduktor əzələsində zədə aşkarlanıb. Argentinalı futbolçunun La Liqada "Xetafe", "Sevilya", "Eybar"la, Çempionlar Liqasında isə "İnter" və "Slaviya" ilə oyunlarda komandasına kömək edə bilməyəcəyi gözlənilir.

Messi "Vilyarreal"la oyunda mövsümdə ilk dəfə start heyətində meydana çıxmışdı. 32 yaşlı hücumçu ilk hissənin gedişində həkimlərin köməyinə ehtiyac duymuş, fasilədə isə əvəzlənmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR