Messi Braziliya ilə oyun haqda:

Messi Braziliya ilə oyun haqda: "Penaltilərimiz verilmədi"

Argentina millisinin hücumçusu Lionel Messi Amerika Kubokunun yarımfinalı çərçivəsində Braziliya ilə oynanılan görüşdə qeydə alınan məğlubiyyəti (0:2) şərh edib.
 
Leo hakimdən şikayətlənib:

"Qol epizodlarımız var idi. Top dirəyə dəydi. Rəqibin qapıçı meydançasına kimi daxil ola bilirdik. Həmçinin penaltilərimiz verilmədi. Sadəcə, bu gün bizdə alınmadı".

Qeyd edək ki, Argentina yığması üçüncü yer uğrunda oyunda Çili - Peru cütünün məğlubu ilə qarşılaşacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR