Messi ən yaxşı driblinqçidi - Ronaldu beşincidi

Messi ən yaxşı driblinqçidi - Ronaldu beşincidi

"Opta" şirkəti 2006-07 mövsümündən etibarən driblinq üzrə statistiki göstəriciləri hesablamağa başlayıb.

Nəticələrə əsasən, "Barselona"nın hücumçusu Lionel Messi son 13 il ərzində 1880 dəfə rəqiblərini aldadıb. Argentinalı futbolçunun driblinq cəhdlərinin  57,2%-i uğurlu alınıb. O, bu mənada hamını qabaqlayır.

Eden Azar təkcə Messidən geri qalır. Frank Riberi "ilk üçlük"də qərarlaşıb. Kriştianu Ronaldu isə 5-cidi.

Top-5 liqalarda çıxış edən/etmiş ən yaxşı driblinqçilər:

1. Lionel Messi ("Barselona") - 1880 uğurlu driblinq (57,2%)

2. Eden Azar ("Real") - 1220 (57,1%)

3. Frank Riberi ("Fiorentina") - 939 (47,9%)

4. Serxio Aquero ("Mançester Siti") - 832 (46,6%)

5. Kriştianu Ronaldu ("Yuventus") - 816 (44%)

6. Xoakin ("Betis") - 798 (50,9%)

7. Hatem Ben-Arfa (klubsuz) - 770 (50,6%)

8. Andres İnyesta ("Vissel Kobe") - 739 (60,9%)

9. Roberto Firmino ("Liverpul") - 736 (56,8%)

10. Neymar (PSJ) - 734 (50,2%)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR