Messi:

Messi: "Nə vaxt yaşıl meydanlara qayıdacağımı bilmirəm"

"Barselona"nın hücumçusu Lionel Messi İspaniyanın "Sport" nəşrinə açıqlamasında zədəsinin son vəziyyəti barədə danışıb:

- Özünüzü necə hiss edirsiniz?

- Daha yaxşı. Məşqlər başlayandan bir gün sonra zədələndim. Mənim üçün xoşagəlməz hal oldu. Əvvəl adi zədə kimi görünürdü, ancaq artıq 15 gündü yaşıl meydanlardan uzağam. İndi zədəm barədə daha məlumatlıyam və belə yaxşıdı. Özümü tam hazır hiss edəndə qayıdacam.

- Tezliklə komandanın sıralarına qoşulmaq istəyirsiniz?

- Əlbəttə, çox vaxt itirmişəm. Səbirsizliklə meydana çıxmağımı gözləyirəm.

- Bərpa prosesiniz sürətlə gedir? "Valensiya"ya qarşı oynayacaqsınız?

- Yox, indilik fərdi məşğələlərə qatılıram. Nə vaxt yaşıl meydanlara qayıdacağımı bilmirəm. Yoxlanışdan keçəcəm, ancaq ondan sonra 100% hazır olub-olmadığım bəlli olacaq. "Valensiya" ilə oyunda isə oynamayacam. Görək, bəlkə, "Borussiya" və ya "Qranada" ilə görüşlərdə meydana çıxa bildim.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR