Messi:

Messi: "Neymarın yayda "Real"a keçəcəyini düşünürdüm"

"Barselona"nın kapitanı Lionel Messi PSJ-nin hücumçusu Neymarın yayda "Real"a keçə biləcəyini düşünürmüş.

Argentinalı futbolçu RAC1-ə müsahibəsində bu barədə danışıb:

"Düzü, yay "transfer pəncərəsi"ndə "Barselona" ilə anlaşmayacağı təqdirdə, Neymarın "Real"a keçəcəyini düşünürdüm.

O, həqiqətən də, PSJ-dən ayrılmaq istəyirdi. Dəyişikliyə ehtiyacı var idi. Mənə elə gəlirdi ki, Florentino Peres ("Real"ın prezidenti - Sport7) Neymarı razı salmaq üçün nəsə edəcək".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR