Messi Ronaldonu üstələdi

Messi Ronaldonu üstələdi

İspaniya La Liqasında 24-cü tur "Barselona”nın növbəti xal itkisi ilə əlamətdar olub.

Sport7.az xəbər verir ki, Ronald Kumanın yetirmələri "Kadiz”lə görüşdə heç-heçəylə kifayətlənib. 1:1 hesabı ilə bitən görüşdə hesabı Lionel Messi açıb. Argentinalı 32-ci dəqiqədə penaltidən yararlanıb.

Bu, Messinin La Liqada 73-cü 11 metrlik zərbəsi olub. Leo bununla da çempionatın tarixində yeni rekorda imza atıb. O, "Real”ın sabiq hücumçusu Kristiano Ronaldonu arxada qoyub. İlk dəfə "Kadiz”in qapısına yol tapan Messi klub karyerasında 81-ci rəqibə qol vurub. "Barselona”da 506-cı oyununa çıxan argentinalı bu göstəricidə də rekordu yeniləyib.

89-cu dəqiqədə Aleks Fernandes penaltidən bərabərlik qoluna imza ataraq "Barselona”nı qələbən məhrum edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR