Messi, Ronaldu... - FIFA

Messi, Ronaldu... - FIFA "ən yaxşı" adına namizədləri açıqladı

FIFA müxtəlif kateqoriyalar üzrə "The Best" mükafatına namizədlərin yekun siyahısını açıqlayıb.

Kişilər arasında Lionel Messi ("Barselona"), Kriştianu Ronaldu ("Yuventus") və Vircil van Dayk ("Liverpul") "ilin ən yaxşı futbolçusu" olmaq uğrunda mübarizə aparacaqlar.

"Ən yaxşı kişi qapıçı"nı müəyyənləşdirmək üçün Alisson ("Liverpul", Braziliya millisi), Ederson ("Mançester Siti", Braziliya millisi) və Mark-Andre ter Şteqen ("Barselona", Almaniya millisi) arasında seçim etmək lazım gələcək.

"İlin kişi məşqçisi" nominasiyası üzrə namizədlərin yekun siyahısı isə belədi: Pep Quardiola ("Mançester Siti"), Yurqen Klopp ("Liverpul") və Maurisio Poçettino ("Tottenhem").

Namizədlərin 16 iyul, 2018-ci il və 19 iyul, 2019-cu il tarixləri aralığındakı fəaliyyətləri əsas götürüləcək.

Mükafatlandırma mərasimi sentyabrın 23-də Milanda yerləşən "La Skala" opera teatrında keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR