Messi ötən ayın ən yaxşısı seçildi

Messi ötən ayın ən yaxşısı seçildi

"Barselona"nın hücumçusu Lionel Messi fevral ayının nəticəsinə əsasən La Liqanın ən yaxşı oyunçu elan edilib.

Sport7.az xəbər verir ki, 33 yaşlı argentinalı futbolçu fevralda keçirilən beş matçda yeddi qola, iki məhsuldar ötürməyə imza atıb. İspaniya çempionatının ən yaxşı bombardirləri siyahısında birinci olan Messinin hesabında 19 qol var.

Messi İspaniya çempionatında ümumilikdə 508 matç keçirib, 463 qol vurub və 202 məhsuldar ötürmə edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR