İspaniyanın "Barselona” klubunun ulduz futbolçusu Lionel Messi UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Ukraynada keçiriləcək Kiyev "Dinamo”su ilə oyunu buraxacaq.
33 yaşlı argentinalı hücumçu bu qarşılaşma üçün sifariş olunmayıb. Argentinalı futbolçu ilə yanaşı, Frenki De Yonqun da adı iştirak ərizəsinə daxil edilməyib. Baş məşqçi Ronald Kuman hər iki oyunçuya istirahət verdiyini açıqlayıb.
Qeyd edək ki, bu gün keçiriləcək "Dinamo” – "Barselona” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
Sport7.az