Messi növbəti oyunu buraxa bilər

Messi növbəti oyunu buraxa bilər

Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində "Mançester Yunayted"lə oynanılan matçda burnundan xəsarət alan Lionel Messi bu gün yekun yoxlanışdan keçəcək.

"Barselona" həkimlərinin ilkin qənaətinə görə, Leonun burun sümüyündə çat var. Oyunun gedişində nəfəs almaq üçün ağzından istifadə edən argentinalı futbolçunun çətinlik çəkdiyi görünürdü.

Messinin şənbə günü La Liqada "Ueska" ilə oynanılacaq görüşü buraxacağı gözlənilir. Onun "Mançester Yunayted"lə cavab görüşündə meydanda olmaq ehtimalı isə yüksəkdi.
 
Qeyd edək ki, Messi "Mançester Yunayted"lə oyunun 30-cu dəqiqəsində rəqib müdafiəçi Kris Smollinqlə mübarizədə burnundan xəsarət almışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR