Messi yenə oynamayacaq

Messi yenə oynamayacaq

"Barselona"nın kapitanı Lionel Messinin bərpa prosesi davam edir.

Messi həftə sonu La Liqada "Valensiya" ilə oynanılacaq matçda meydana çıxa bilməyəcək. Komanda ilə birlikdə məşq etməsinə baxmayaraq, zədə hələ də onu narahat edir.

Argentinalı futbolçu Çempionlar Liqasında qrup mərhələsinin birinci turu çərçivəsində Dortmund "Borussiya" ilə oynanılacaq görüş üçün Almaniyaya səfər edəcək. Ancaq Messinin sözügedən qarşılaşmada da meydana çıxıb-çıxmayacağı dəqiq deyil.

Leonun bir həftə sonra "Qranada"ya qarşı 100% meydanda olacağı bildirilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR