Messidən Çempionlar Liqasında yeni rekord

Messidən Çempionlar Liqasında yeni rekord

"Barselona"nın superulduzu Lionel Messi Çempionlar Liqasında yeni rekorda imza atıb.

Sport7.az xəbər verir ki, bu haqda yarışın rəsmi "Twitter" səhifəsində məlumat yer alıb. 33 yaşlı hücumçu qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində 70-ci qolunu vurmaqla rekord müəyyənləşdirib.

Təcrübəli forvard G qrupunun 2-ci turunda İtaliyada "Yuventus"unu 2:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. Messi 90+1-i dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Argentinalı oyunçu 14-cü dəqiqədə hesabı açan Usman Dembeleyə məhsuldar ötürmə verib. Bu isə hücumçunun Çempionlar Liqasındakı 33-cü ötürməsidir. Messi bu göstəriciyə görə "Yuventus"da çıxış edən Kriştianu Ronaldudan (38 məhsuldar ötürmə) geri qalır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR