Messidən yeni rekordlar

Messidən yeni rekordlar

"Barselona"nın futbolçusu Lionel Messi klubda La Liqa matçlarının sayına görə yeni rekorda imza atıb.

Sport7.az xəbər verir ki, La Liqanın 24-cü turu çərçivəsində "Kadis"lə baş tutan qarşılaşmada meydana çıxan argentinalı hücumçu 506-cı oyununu keçirib. Messi bu göstəricidə Xavini 1 oyun geridə qoyub. 34 yaşlı forvardın İspaniya çempionatında ilk görüşü 2004-cü ilin oktyabrında "Union Espanyol”a qarşı olub.

Təcrübəli oyunçu bundan əvvəl Çempionlar Liqasında (ÇL) da yeni nailiyyətə imza atıb. Hücumçu Avropanın ən nüfuzlu klub turnirində ardıcıl 17-ci təqvim ilində fərqlənməyi bacarıb. O, 2021-ci ildə ÇL-də ilk qolunu evdə Fransa PSJ-sinə vurub. Kapitan 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Beləliklə, o, 2005-ci ildən başlayaraq, hər il rəqib komandaları məyus edib.

"Barselona" - "Kadis" qarşılaşması 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR