Messinin komanda yoldaşı koronavirusa yoluxub

Messinin komanda yoldaşı koronavirusa yoluxub

"Barselona”nın bir futbolçusunda koronavirus aşkarlanıb.

Sport7.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytında məlumat yer alıb. Covid-19 testi verən oyunçulardan birinin nəticəsi pozitiv çıxıb. Adı açıqlanmayan futbolçu, həmçinin onunla təmasda olanlar dərhal karantinə alınıb. Klubdan bildirilib ki, həmin futbolçu Çempionlar Liqasında mübarizə aparmaq üçün Lissabona getməyə hazırlaşan komandanın oyunçularından heç biri ilə təmasda olmayıb.

"Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsində avqustun 14-də "Bavariya” ilə qarşılaşacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR