Məsuliyyətsizliyi

Məsuliyyətsizliyi "Kəpəz"ə baha başa gəldi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Sport7.az xəbər verir ki, qurum Birinci Divizionun son turu ilə bağlı aşağıdakı qərarları çıxarıb. 

10 may 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXVI turunun "Səbail-2” – "Zirə-2” matçında "Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40). Oyunun 28-ci dəqiqəsində "Zirə-2” klubunun 54 №-li futbolçusu Hüseyn Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

10 may 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXVI turunun "Qarabağ-2” – "Kəpəz” matçı "Kəpəz” komandasına görə 10 dəqiqə gec başlayıb. Buna görə "Kəpəz” klubu 240 manat cərimə olunur (maddə 53.3).

10 may 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXVI turunun "Keşlə-2” – "Zaqatala” matçında "Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40). Oyunun 69-cu dəqiqəsində "Keşlə-2” klubunun 56 №-li futbolçusu Əkbər Vəliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).

10 may 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXVI turunun "Ağsu” – "Turan Tovuz” matçında "Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).

10 may 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXVI turunun "Sumqayıt-2” – "Şüvəlan” matçında "Şüvəlan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR