Mesut Özil şoku!

Mesut Özil şoku!

Almaniya milli komandasının və "Arsenal"ın ulduz futbolçusu Mesut Özil 3 aylıq sıradan çıxıb.

Sport7.Az-ın "Dfb.de"yə istinadən xəbərinə görə, futbolçu Avropa Çempionatının seçmə oyunları çərçivəsində Almaniyanın Polşayla və İrlandiya ilə oyunlarını, həmçinin klubu "Arsenal"la qarşılaşmaları buraxmalı olacaq.

25 yaşlı futbolçu Frankfurta gəldiyi zaman dizindəki ağrılardan şikayətlənib. Almaniya yığma komandasının baş həkiminin müayinəsindən keçdikdən sonra bəlli olub ki, futbolçunun sol dizində ciddi zədə var və o cərrahi əməliyyat edilməlidir. Futbolçu 12 ay meydanlardan uzaq qalacaq.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR