Meydana girən fanat “Qarabağ”ın futbolçusunu öpdü   - VİDEO

Meydana girən fanat “Qarabağ”ın futbolçusunu öpdü - VİDEO

Noyabrın 18-də İtaliya və Albaniya milliləri arasında yoldaşlıq görüşü keçirilib. Fanat.az sportnet.az-a istinadən xəbər verir ki, oyun zamanı bir neçə albaniyalı fanat meydana daxil olub.

Cenoada keçirilən oyunda bir neçə albaniyalı fanat meydana girməyə cəhd ediblər. Onlardan birinin əlində Albaniya bayrağı olub. Ancaq fanatlar futbolçuların səyi nəticəsində meydandan çıxarılıblar.

"Qarabağ” klubunun müdafiəçisi Ansi Aqolli də bu oyunda iştirak edib. Meydana girən azarkeşlərdən biri onu qucaqlayıb öpüb. Futbolçu fanatı sakitləşdirərək meydandan çıxmasına nail olub.




Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR