Meyvezer dünyasını dəyişdi

Meyvezer dünyasını dəyişdi

İki çəki dərəcəsində peşəkar boks üzrə keçmiş dünya çempionu Rocer Meyvezer dünyasını dəyişib.

Sport7.az xəbər verir ki, bu haqda ABŞ mətbuatı məlumat yayıb. Veteran idmançı 58 yaşında vəfat edib. Ölümün səbəbi açıqlanmasa da, onun son illər şəkərli diabet və digər xəstəliklərdən əziyyət çəkdiyi bildirilib.
 
Karyerası ərzində 72 döyüş keçirmiş Rocer Meyvezer bunların 59-da qələbə qazanıb, 13-də isə məğlub olub. Məşhur boksçu Floyd Meyvezerin əmisi olan mərhum idmançı həm də onun məşqçisi idi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR