Möhtəşəm uğurdan 20 il keçdi – FOTOLAR

Möhtəşəm uğurdan 20 il keçdi – FOTOLAR

İstanbulun "Qalatasaray” klubunun UEFA kubokunun qalibi olmasının üzərindən 20 il keçib.

Sport7.az xəbər verir ki, düz 20 il bundan əvvəl, 2000-ci ilin mayın 17-də "cim-bom” Kopenhagendəki keçirilən final qarşılaşmasında "Arsenal”a qalib gəlmişdi.

"Parken” stadionunda 38919 azarkeşin canlı izlədiyi final qarşılaşmasının əsas və əlavə vaxtında hesab açılmamışdı. Oyun sonrası penalti vuruşlarında isə "Qalatasaray” London nəhəngini 4:1 hesabıyla üstələmişdi.
 
Maraqlıdı ki, həmin vaxt da "Qalatasaray"ın sükanı arxasında indiki kimi Fatih Terim dayanırdı.
 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR