Miçel:

Miçel: "Bizim də öz arzularımız var"

"Qarabağ"ın yarımmüdafiəçisi Miçel "Sevilya" ilə oyunöncəsi fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, ispan futbolçu oyundan əvvəl keçirilən mətbuat konfransında bunları söyləyib: "Bizim üçün "Sevilya” kimi komandaya qarşı oynamaq çox xoşdu. Məlumatımız var ki, keçən mövsümün sonunda baş məşqçini dəyişiblər. Bir çox futbolçu komandanı tərk etsə də, yerlərinə güclü oyunçular gəlib. Ancaq bizim də öz arzularımız var. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. İştirak etmək xüsusi hissdi. Çalışacağıq ki, bütün matçlardan zövq alaq və azarkeşlərimizi sevindirək".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR