Mikel Arteta

Mikel Arteta "Arsenal"ın baş məşqçi postuna əsas namizəddi

"Mançester Siti"də Pep Quardiolanın köməkçisi olan Mikel Arteta "Arsenal"ı çalışdıra bilər.

"The Telegraph"ın xəbərinə görə, Arteta "Arsenal"ın baş məşqçi postuna əsas namizəddi. İspan mütəxəssislə yanaşı, 10-dan çox namizəd müsahibə mərhələsindən keçəcək. Yekun müsahibə ABŞ-da baş tutacaq. Həmin görüşdə "topçular"ın sahibi Sten Kronke də iştirak edəcək.

"Arsenal" rəhbərliyi təyinatı mövsümün gedişində, yoxsa sonunda rəsmiləşdirəcəyi ilə bağlı yekun qərar qəbul etməyib.

Qeyd edək ki, müvəqqəti olaraq London klubu Freddi Yunqberqə həvalə olunub. İsveçli mütəxəssisin rəhbərliyi altında iki oyun keçirən "Arsenal" qələbə qazana bilməyib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR