"Milan" Dani Olmonun transferini yekunlaşdırmaq üzrədi

Zaqreb "Dinamo"sunun yarımmüdafiəçisi Dani Olmo karyerasını böyük ehtimalla "Milan"da davam etdirəcək.

"Sportske Novosti"nin xəbərinə görə, "Milan" transferi rəsmiləşdirmək üzrədi. "Rossonerilər" Olmoya görə 20 milyon avro ödəyəcək. Həmçinin 5 milyon avro dəyərində bonuslar da nəzərdə tutulub.

İspan futbolçunun "Milan"la 5 illik müqavilə imzalayacağı və mövsüm başına 2,5 milyon avro qazanacağı bildirilir.

Olmo "Barselona"nın yetirməsidi. Daha əvvəl 21 yaşlı oyunçunun katalon klubuna qayıdacağına dair xəbərlər yayılmışdı.

Qeyd edək ki, cari mövsümdə "Dinamo" forması ilə 22 matçda meydana çıxan Olmonun aktivində 8 qol, 7 məhsuldar ötürmə var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR