"Milan”ın futbolçusu Andrea Konti "Parma”ya keçib.
Sport7.az xəbər verir ki, sağ cinah müdafiəçisi icarəyə verilib. Anlaşmada 26 yaşlı müdafiəçinin icarədən sonra 7 milyon avroya transfer olunması öhdəliyi də qeyd olunub. "Parma” Konti ilə 4,5 illik şəxsi müqaviləni də razılaşdırıb.
Müdafiəçi cari mövsüm 2 oyun keçirib.
Sport7.az