"Milan" Marko Campaolonu istefaya göndərdi

"Milan" baş məşqçi Marko Campaolo ilə yollarını ayırıb.

Klubun bəyanatında qeyd olunub: "Marko Campaolo bu gündən etibarən əsas komandanın baş məşqçi səlahiyyətlərini yerinə yetirməyəcək. Klub gördüyü işlərə görə Markoya təşəkkürünü bildirir və ona professional karyerasında uğurlar arzu edir".

Campaolo iyun ayından bəri "Milan"ı çalışdırırdı. Onun rəhbərliyi altında A Seriyasında 7 matç keçirən "rossonerilər" 4 dəfə məğlubiyyətlə barışmalı olmuşdular.

"Milan"ın yeni baş məşqçisinin Stefano Pioli olacağı bildirilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR