"Milan" onlara qol vuran futbolçu ilə maraqlanır

"Milan” norveçli Yens Heuqeni transfer etməyə qərar verib.

Sport7.az saytının məlumatına görə, "Bodo Qlimt”in 20 yaşlı hücumçusu Avropa Liqasının 3-cü təsnifat mərhələsinin "rossonyerlər”lə oyununda milanlıların diqqətini cəlb edib.

Gənc forvard komandasının 2:3 hesabı ilə uduzduğu matçda qol vurub. "San-Siro”dakı qarşılaşmadan sonra "Milan” "Bode Qlimt”ə ilkin təklif irəli sürüb. İtaliyalılar futbolçu üçün kluba 4 milyon avro ödəməyə hazırdır.

Yens Norveç çempionatının cari mövsümündə 17 oyunda 14 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR