"Milan" onu çağırır

"Leypsiq"in sabiq baş məşqçisi Ralf Ranqnik "Milan"ın sükanı arxasına keçməyə çox yaxındır.

Sport7.az xəbər verir ki, 62 yaşlı mütəxəssis "rossonyerlər"lə müqavilənin şərtlərini razılaşdırıb.

Anlaşmaya əsasən, növbəti mövsümdən komandaya almaniyalı çalışdırıcı rəhbərlik edəcək. Hətta klub rəhbərliyi baş məşqçiliklə yanaşı, idman direktorluğunu da Ranqnikə təklif edib. Onun A seriyası təmsilçisi ilə 3 illik müqavilə bağlaması gözlənilir.

Hazırda Stefano Pioli "Milan"ın baş məşqçisi, Paolo Maldini isə idman direktorudur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR