"Milan"ın yeni baş məşqçisi Pioli oldu - RƏSMİ

"Milan" yeni baş məşqçisini ictimaiyyətə təqdim edib.

"Rossonerilər"i Stefano Pioli çalışdıracaq. 53 yaşlı mütəxəssisin müqaviləsi 2 il müddətinə nəzərdə tutulub və o, ilinə 1 milyon avro qazanacaq.

Pioli daha əvvəl "İnter", "Latsio" və "Fiorentina" kimi komandalarda çalışıb.

Qeyd edək ki, aktivində 9 xal olan "Milan" 7 turdan sonra İtaliya A Seriyasında 10-cu sırada qərarlaşıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR