"Milan"ın prezidenti: "Yayda Dueyn Veydlə yaxından maraqlanırdıq"

"Milan"ın prezidenti Leo Dell'Orko ötən yay Dueyn Veydi heyətlərinə qatmağa çalışdıqlarını açıqlayıb:

"Mövsümlərarası fasilədə NBA ulduzlarından birini transfer etmək istəyirdik. Dueyn Veydlə yaxından maraqlanırdıq".

Dell'Orko Mayk Ceymsin komandadan ayrılmasına da münasibət bildirib:

"Ceymsin bizimlə müqaviləsi var idi. İki dəfə baş məşqçi Ettore Messina ilə danışmasına baxmayaraq, dostları ilə birlikdə ABŞ-da müxtəlif turnirlərdə iştirak etməyə davam edirdi. Bu, qeyri-professionallıqdı".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR