"Milan"ın qapıçısı karyerasını bitirdi

"Milan"ın qapıçısı Çiprian Tataruşanu Rumıniya yığmasındakı karyerasını başa vurduğunu açıqlayıb.

Sport7.az xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 34 yaşlı qolkiper açıqlamasında 10 ildir formasını geyindiyi millidən ayrılmağa qərar verdiyini söyləyib.

Tataruşanu Rumıniya yığmasında 2010-cu ilin noyabrında debüt etmişdi. Həmin dövrdən bəri o, bu komandada 73 oyuna çıxıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR