2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlaşan voleybol üzrə qadınlardan ibarət milli komandamız dünən Bolqarıstana yola düşüb.
Sport7.az xəbər verir ki, Bolqarıstandakı hazırlıqdan sonra millimiz Rusiya və Türkiyədə də təlim-məşq toplanışında olacaq. Komandamız hazırlıq çərçivəsində Bolqarıstan və Rusiya ilə bir neçə yoxlama oyunları da keçirəcək.
Bakıda, hazırlıq prosesində 30-a yaxın idmançı iştirak etsə də, ölkə xaricində təşkil olunan təlim-məşq toplantısına 15 idmançı cəlb olunub.
Qızlarımız Braziliyaya iyulun 24-də Türkiyədən yollanacaq.
1. Leyla Parşkova
2. Yana Əzimova
3. Anastasiya Qurbanova
4. Odina Əliyeva
5. Ayşən Abduləzimova
6. Olena Həsənova
7. Yelyzaveta Səmədova
8. Anastasiya Bezsonova
9. Krystsina Yaqubova
10. Polina Rəhimova
11. Şəfaqət Alışanova
12. Bəyaz Alıyeva
13. Marharyta Əzizova
14. Maryia Kiryliuk
15. Kseniya Pavlenko
Sport7.az