Millətlər Liqası: Braziliya Türkiyəni məğlub edib, finala çıxdı

Millətlər Liqası: Braziliya Türkiyəni məğlub edib, finala çıxdı

Qadın voleybolçuların Millətlər Liqasında ilk finalçı müəyyənləşib.

Türkiyə və Braziliya milliləri üz-üzə gəlib. Görüş latın amerikalıların üstünlüyü şəraitində keçib. Hər üç setdən qalib ayrılan Braziliya finala yüksəlib.


Millətlər Liqası

Çin

Yarımfinal

Türkiyə - Braziliya - 0:3 (23:25, 15:25, 10:25)


Natalya Pereyra 15 xalla komandasının qələbəsində əsas pay sahibi olub. Türkiyənin heyətində isə Ebrar Karakurt 10 xalla oynayıb.

Braziliyanın finaldakı rəqibi ABŞ - Çin matçının qalibi olacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR