Millətlər Liqası: Braziliya yarımfinalda, ABŞ Rusiyaya set vermədi

Millətlər Liqası: Braziliya yarımfinalda, ABŞ Rusiyaya set vermədi

Kişi voleybolçular arasında keçirilən Millətlər Liqasında final etapının qrup mərhələsinə yekun vurulub.

A qrupunda yarımfinala vəsiqəni təmin edən ABŞ və Rusiya milliləri qarşılaşıblar. Görüş amerikalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, ABŞ qrup lideri olub. Rusiya isə qrupu ikinci sırada tamamlayıb.

B qrupunda ikinci yarımfinalçı müəyyənləşib. Beş setin tamamında İranı məğlub edən Braziliya yığması adını "son dördlüy"ə yazdırıb.


Millətlər Liqası

Final etapı

A qrupu

ABŞ - Rusiya - 3:0 (25:21, 25:17, 25:20)


B qrupu

Braziliya - İran - 3:2 (25:20, 25:23, 24:26, 20:25, 15:10)


Yarımfinalda Polşa Rusiya ilə, ABŞ isə Braziliya ilə qarşılaşacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR