Millətlər Liqası: Rusiya və Polşa yarımfinalda

Millətlər Liqası: Rusiya və Polşa yarımfinalda

Kişi voleybolçuların Millətlər Liqasında final etapının növbəti görüşləri keçirilib.

A qrupunda Rusiya Fransa ilə qarşılaşıb. Şimal qonşularımız rəqiblərinə set vermədən qələbə qazanıb. Fransanın ikinci məğlubiyyətini alması sayəsində Rusiya və ABŞ yarımfinala vəsiqəni təmin ediblər.

B qrupunda isə Polşa İranı 3:1 hesabı ilə üstələyib. Qrupdakı hər iki oyunundan qələbə ilə ayrılan dünya çempionları lider kimi yarımfinala yüksəlib. İkinci vəsiqənin taleyinə İran - Braziliya matçında aydınlıq gələcək.


Millətlər Liqası

Final etapı

A qrupu

Rusiya - Fransa - 3:0 (25:16, 25:23, 25:17)


B qrupu

İran - Polşa - 1:3 (25:21, 18:25, 20:25, 22:25)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR