Millətlər Liqası: Türkiyə Braziliyanı məğlub etdi, İtaliya Belçikaya uduzdu

Millətlər Liqası: Türkiyə Braziliyanı məğlub etdi, İtaliya Belçikaya uduzdu

Qadın voleybolçuların Millətlər Liqasında ilkin mərhələyə yekun vurulub.

Son turun mərkəzi görüşündə Türkiyə millisi beş set sonunda Braziliyanı məğlub edib. Tay-breykin qalibi müəyyənləşdirdiyi bir digər matçda İtaliya Belçika ilə bacarmayıb. Çin Serbiyaya, ABŞ isə Tailanda set verməyib.


Millətlər Liqası

İlkin mərhələ

15-ci tur

Rusiya - Hollandiya - 0:3 (12:25, 25:27, 17:25)

Tailand - ABŞ - 0:3 (13:25, 20:25, 17:25)

Yaponiya - Dominikan Respublikası - 2:3 (17:25, 23:25, 26:24, 28:26, 10:15)

Cənubi Koreya - Polşa - 3:1 (25:8, 22:25, 25:20, 25:16)

Almaniya - Bolqarıstan - 3:0 (25:21, 25:20, 25:13)

Çin - Serbiya - 3:0 (25:16, 25:17, 25:17)

Belçika - İtaliya - 3:2 (12:25, 25:20, 16:25, 25:14, 15:10)

Türkiiyə - Braziliya - 3:2 (25:23, 24:26, 25:20, 23:25, 16:14)


Turnir cədvəli: Çin - 12 qələbə, 3 məğlubiyyət (35 xal), ABŞ - 12 qələbə, 3 məğlubiyyət (35), Braziliya - 11 qələbə, 4 məğlubiyyət (35), İtaliya - 11 qələbə, 4 məğlubiyyət (34), Türkiyə - 11 qələbə, 4 məğlubiyyət (32), Polşa - 9 qələbə, 6 məğlubiyyət (26), Belçika - 8 qələbə, 7 məğlubiyyət (22), Dominikan Respublikası - 8 qələbə, 7 məğlubiyyət (21), Yaponiya - 7 qələbə, 8 məğlubiyyət (22), Almaniya - 7 qələbə, 8 məğlubiyyət (21), Hollandiya - 6 qələbə, 9 məğlubiyyət (20), Tailand - 5 qələbə, 10 məğlubiyyət (16), Serbiya - 5 qələbə, 10 məğlubiyyət (15), Rusiya - 3 qələbə, 12 məğlubiyyət (10), Cənubi Koreya - 3 qələbə, 12 məğlubiyyət (9), Bolqarıstan - 2 qələbə, 13 məğlubiyyət (7).


Ev sahibi və lider Çinlə yanaşı, turnir cədvəlində "ilk altılıq"da qərarlaşan ABŞ, Braziliya, İtaliya, Türkiyə və Polşa Millətlər Liqasının final mərhələsində iştirak edəcəklər. Həlledici etapa iyulun 3-də start veriləcək. Çin, İtaliya və Türkiyə yığmaları A qrupunda, Braziliya, ABŞ və Polşa isə B qrupunda mübarizə aparacaqlar.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR