Millətlər Liqasının qalibi müəyyənləşdi

Millətlər Liqasının qalibi müəyyənləşdi

Qadın voleybolçular arasında keçirilən Millətlər Liqasının qalibinin kimliyinə aydınlıq gəlib.

Final görüşündə Braziliya və ABŞ milliləri üz-üzə gəlib. Braziliyalılar ilk iki seti aktivlərinə yazdırsalar da, şimali amerikalılar geri dönüş edə bilib. Matçı tay-breykə daşıyan və həlledici setdə də üstün olan ABŞ oyundan 3:2 hesabı ilə qalib ayrılaraq Millətlər Liqasında ardıcıl ikinci çempionluğunu rəsmiləşdirib.

Qarşılaşmanı 33 xalla tamamlayan Andrea Drus komandasının qələbəsində əsas pay sahibi olub. Braziliyanın heyətində Qabriela Qimaraynş və Loren Teyşeyranın hərəyə 20 xalı qələbə üçün yetərli olmayıb.


Millətlər Liqası

Final

Braziliya - ABŞ - 2:3 (25:20, 25:22, 15:25, 21:25, 13:15)


Qeyd edək ki, üçüncü yer uğrunda keçirilən oyunda Çin Türkiyəni 3:1 (25:23, 25:15, 20:25, 25:21) hesabı ilə məğlub edib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR