Milli futbolçumuz üçün il başa çatdı

Milli futbolçumuz üçün il başa çatdı

"Keşlə”nin yarımmüdafiəçisi Ziya Əzizov bu il futbol oynamayacaq.

Sport7.az xəbər verir ki, yayda ölkəmizə gələn futbolçu "Zirə” ilə yoxlama matçında zədələnəndən bəri yaşıl meydanlara dönməyib.

Hollandiyada "Den Boş”da oynamış, daha sonra "Neymegen”ə keçmiş Ziya burada debüt etməmişdi. Elə gəldiyi ölkəmizdə də rəsmi matç görməyib. Ayağında yaranan çatın müalicəsi yekunlaşmamış daha ciddi problemi üzə çıxıb.

Məlum olub ki, yarımmüdafiəçinin öd kisəsində daşlar var və götürülməsi üçün əməliyyat olunmalıdı. Futbolçu hazırda Hollandiyadadı və əməliyyata hazırlaşır. Bu isə o deməkdi ki, Ziya bu il "Keşlə”yə yardım edə bilməyəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR