Milli komandamızda daha bir türk futbolçu

Milli komandamızda daha bir türk futbolçu



21 yaşadək futbolçulardan ibarət milli komandamıza daha bir türk futbolçu çağırılıb.

"Sport7" xəbər verir ki, hazırda Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan yığmanın oktyabrın 1-də açıqlanan 19 nəfərlik heyətində yer almayan Bilal Sezer hazırlıqlarda iştirak edir. O, dünən "Pirmasens" klubuna qarşı yoxlama oyununda iştirak edib və iki qol vurub.

Bilal Sezer 1994-cü ilin 25 yanvarında Almaniyada doğulub. Türk əsilli futbolçu Münhenqladbax "Borussiya"sının yetirməsidi. O, klubun aşağı yaş qruplarında çıxış edib və 2013/14 mövsümündən U-23 komandasına yüksəlib. Yarımmüdafiəçi cari mövsümdə Regional Liqada 11 oyun keçirib, 920 dəqiqə oynayıb, 1 qol vurub və 3 sarı vərəqə alıb.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR