Milli üzvünün ürəyi dayandı, beyninə qan sızdı

Milli üzvünün ürəyi dayandı, beyninə qan sızdı

Portuqaliya millisinin və "Portu”nun həndbolçusu Alfredo Kintana komaya düşüb.

Sport7.az xəbər verir ki, 32 yaşlı qapıçı məşq zamanı baş verən ürəkdayanmadan sonra xəstəxanaya çatdırılıb. O, ürək və ağciyərlərin funksiyasını dəstəkləyən reanimasiya aparatına qoşulub. Kintananın ürəyi 45 dəqiqə dayanıb və bu müddətin uzun olması onun beyninə qan sızması ilə nəticələnib. Baş verənlərdən sonra qolkiperin beyninin hansı vəziyyətdə olması hələ dəqiqləşməyib.

Kintana "Portu”da 2010-cu, Portuqaliya millisində 2014-cü ildən oynayır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR