Millilərimizin rəqibləri müəyyənləşdi

Millilərimizin rəqibləri müəyyənləşdi

Kişi və qadın voleybolçular arasında AVRO-2021-in seçmə mərhələsinin qrupları müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının son reytinq cədvəlinə əsasən Azərbaycan millisinin də rəqibləri bəlli olub.

Kişilərdən ibarət yığmamız F qrupunda yer alıb. Püşk təmsilçimizə Yunanıstan, Monteneqro və Gürcüstanı rəqib edib. Yarışda 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq. Seçmə mərhələnin görüşləri avqust-sentyabr aylarında olacaq. Həlledici mərhələ Polşa, Çexiya, Estoniya və Finlandiyada keçiriləcək.

Qadınlardan ibarət yığmamız isə AVRO-2021-ə final mərhələsindən başlayacaq. Komandalar qalibi Serbiya, Xorvatiya, Bolqarıstan və Rumıniyada müəyyənləşdirəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR