Millimiz baş məşqçisiz qaldı

Millimiz baş məşqçisiz qaldı

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Covanni Kaprara postundan ayrılıb. 

APA-nın məlumatına görə, buna 57 yaşlı mütəxəssisin müqaviləsinin bitməsi səbəb olub. Azərbaycan Voleybol Federasiyasının qısamüddətli müqavilə bağladığı C. Kaprara yenidən İtaliyanın "İl Bisonte” klubuna qayıdıb. 

May ayında millinin "sükanı arxası”na keçən mütəxəssis 3 rəsmi turnirdə komandamıza rəhbərlik edib. Avropa Liqasında 6 məğlubiyyət alan əcnəbi məşqçi Olimpiya Lisenziyalı Turnirdə 3 oyunda cəmi 1 qələbə sevinci yaşayıb. Onun son sınağı isə Avropa çempionatına təsadüf edib. C. Kapraranın rəhbərlik etdiyi yığma qrupda 5 oyundan 4-də qələbə qazanıb, 1-də uduzaraq 1/8 finala yüksəlib. Voleybolçularımız üçün keçilməz olan bu matç apenninli üçün də son görüş xarakteri daşıyıb. 

Beləliklə, Azərbaycan yığması C. Kapraranın rəhbərliyi altında keçirdiyi 15 matçda 5 qələbə qazanıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR