Millimiz bu gün ilk matçına çıxacaq

Millimiz bu gün ilk matçına çıxacaq

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Olimpiya Təsnifat Turnirində ilk matçına çıxacaq.
 
Sport7.az xəbər verir ki, Niderlandın Apeldorn şəhərinin "Omnisport” Sarayında təşkil olunacaq yarışda ilk rəqibimiz ev sahibləri olacaq.

A qrupunda yer alan Vasif Talıbovun komandası ardınca Bolqarıstanla qarşılaşacaq. Yığma son matçda Polşa ilə üz-üzə gələcək. Yanvarın 7-12-də baş tutacaq turnirin B qrupunda Türkiyə, Almaniya, Belçika və Xorvatiya voleybolçuları güclərini yoxlayacaqlar. 
 
Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək.
 
Qrup mərhələsi
 
A qrupu
 
7 yanvar 22:30. Azərbaycan - Niderland
9 yanvar 19:00. Bolqarıstan – Azərbaycan
10 yanvar 23:00. Polşa – Azərbaycan
 
(Oyunlar CBC Sport TV kanalı vasitəsi ilə canlı yayımlanacaq)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR