Millimiz Latviyada

Millimiz Latviyada

Futzal üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışı üçün Latviyaya yola düşüb.

Sport7.az xəbər verir ki, Bakı-İstanbul-Riqa reysi ilə səfər çıxan komanda oyunun keçiriləcəyi Liepaya şəhərinə çatıb. Yığma "Liva" otelində məskunlaşıb. 

Joze Alesio da Silvanın rəhbərlik etdiyi kollektiv aprelin 11-də və 12-də Latviya yığması ilə qarşılaşacaq. Birinci oyun Bakı vaxtı ilə saat 20:00, ikinci görüş isə 19:00-da başlayacaq. 

Yığma aprelin 13-dən 17-dək isə Serbiyada təlim-məşq toplanışında olacaq. Komanda aprelin 15-də və 16-da isə Serbiya ilə üz-üzə gələcək. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR