Millimiz

Millimiz "Namus"da qələbə qazandı - TAM OYUN+FOTOLAR

Qazaxıstanın Şimkənd şəhərində təşkil olunmuş UEFA-nın inkişaf turnirində iştirak edən 19 yaşadək qızlardan ibarət yığmamız (U-19) ilk oyununu keçirib. 

Sport7.az xəbər verir ki, Qazaxıstan yığması ilə qarşılaşma komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər görüşündə Estoniya U-19-u Qazaxıstan U-17-dən üstün olub - 2:1. Millimiz hazırda Estoniya ilə vacib görüşə çıxıb.

Qazaxıstan - AZƏRBAYCAN 0:2 (0:1)
Qollar: Nigar Cəlilli, 31; Kristina Bakarandze, 54

Qazaxıstan: Qasımbəy, Spadaneyko, Altbəyova, Satler (k), Abişeva, Bortnikova, Aubakir, Əbdürəhmanova (Şmidt, 46), Turlıbəyova, Xayrullina, Səfərova (Averina, 71)
Ehtiyat oyunçular: Möminova, Zəkəryayeva, Anuar, Titanova, Kiriçkova, Qorenko, Qolovatskaya

AZƏRBAYCAN: Şərifova, Loa, M.Ortits, Mollayeva, Cəlilli, Bakarandze (Hacıyeva, 85), Əliyeva (Teymurova, 73), Sançes, Mənsimova (Məmmədova, 61), S.Ortits (Mixaelis, 46), İltər (Qasımova, 61)
Ehtiyat oyunçular: İsmayılova, Releya, Məmmədova

Vərəqələr: Averina, 77 - İltər, 30
Hakimlər: L.Həsənova, D.Usenova, E.Abjan (hər üçü Qazaxıstan)
16 iyun. Şimкənd. "Namus" stadionu. 250 tamaşaçı

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR