Yığmamız reytinqdə 22-cidi

Yığmamız reytinqdə 22-cidi

Beynəlxalq Voleybol Federasiyası (FİVB) milli komandaların reytinq siyahısı açıqlayıb.
 
Sport7.az xəbər verir ki, Azərbaycan yığmaları da bu siyahıda yer alıb. Qadınlardan ibarət millimiz dünyanın 22-ci komandası olaraq ötənilki mövqeyini qoruyub. Yığmamızın hesabında 33 xal var. Çin millisi 320 xalla siyahıya başçılıq edir. ABŞ 266 xalla 2-ci, Serbiya 252 xalla 3-cüdür. 
 
Kişilərdən ibarət Azərbaycan yığmasının isə cəmi 7 xalı var. Komandamız dünyada 65-cidir. Voleybolçularımız ötənilki mövqeyini qoruya bilib. Cədvəlin ilk üç pilləsində Braziliya (335), ABŞ (280) və Polşa (272) qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR