Millimiz seçmə mərhələyə qələbə ilə başladı - YENİLƏNİB

Millimiz seçmə mərhələyə qələbə ilə başladı - YENİLƏNİB

21 yaşadək futbolçulardan ibarət yığmamız (U-21) AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində bu gün ilk sınağına çıxıb. 

Sport7.az xəbər verir ki, millimiz səfərdə Farer adaları ilə qarşılaşıb.
 
Almaniya, Avstriya, Rusiya və Finlandiyanın da olduğu qrupda yer alan U-21 seçmə mərhələyə qələbə ilə başlayıb. "Qarabağ"ın yeni transferlərindən olan Azər Salahlının son dəqiqələrdə vurduğu qol həlledici olub. Meydan sahibləri görüşü azlıqda başa vurub.

Yaşar Vahabzadənin yetirmələri səfərdən 3 xalla qayıtmaqla U-21-in yubiley qələbəsinə imza atıb. Belə ki, bunadək 10 dəfə seçmə mərhələdə iştirak edən komandamız 82 oyunda 9 qələbə qazanmışdı.
 
Qeyd edək ki, AVRO-2009-un seçmə mərhələsində də Farer adaları ilə qarşılaşan millimiz səfərdə 0:1 hesabı ilə uduzmuşdu. Ev qarşılaşmasında da qələbə qazana bilməyən komandamız 2:2 hesablı heç-heçə etmişdi.

AVRO-2017-nin seçmə mərhələsi
VII qrup
17 iyun
21:00 Farer adaları – AZƏRBAYCAN 0:1
Qol:
Azər Salahlı, 81
Vərəqə: Andrias Eriksen, 90 (qırmızı)
Toftir. Toftir şəhər stadionu

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR