Millimiz Serbiyaya getmək üçün Slovakiya səddini keçməlidir

Millimiz Serbiyaya getmək üçün Slovakiya səddini keçməlidir

Futzal üzrə AVRO-2016-nın pley-off mərhələsində yığmamızın rəqibi məlum olub. 

Sport7.az xəbər verir ki, futzalçılarımız final mərhələsinə vəsiqə qazanmaq uğrunda oyunlarda Slovakiya yığması ilə qarşılaşacaq.

İlk görüş sentyabrın 15-də, cavab matçı isə 1 həftə sonra keçiriləcək. Qeyd edək ki, yığmamız ilk oyununu evdə keçirəcək.

Xatırladaq ki, seçmə mərhələdən sonra Rusiya, İspaniya, İtaliya, Ukrayna, Sloveniya, Xorvatiya və Portuqaliya milliləri Avropa çempionatına vəsiqə qazanıb. 2016-cı il fevralın 2 və 13-də keçiriləcək final mərhələsinə ev sahibliyi edəcək Serbiya yığması isə yarışa təşkilatçı ölkə kimi qatılacaq. 

Digər cütlüklər belə olub:

Avropa çempionatı
Pley-off mərhələsi
Rumıniya - Macarıstan
Bosniya və Herseqovina – Qazaxıstan
Çexiya – Belarus

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR